Lerik-Lənkəran sərhədində 3 bal gücündə yeraltı təkan qeydə alınıb
Elpress.az xəbər verir ki, Lerik və Lənkəran rayonlarının sərhəd ərazisində zəlzələ baş verib.Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkan 3 bal gücündə olub və 31 kilometr dərinlikdə qeydə alınıb.Zəlzələnin əhali tərəfindən hiss olunmadığı bildirilib.


