--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Hakan Fidandan Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı açıqlama

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 20:41 1046 baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanla münasibətlərdə bəzi məsələlər üzrə fərqli yanaşmaların ola biləcəyini bildirib. O, bu cür fikir ayrılıqlarının sosial şəbəkələrdə təbliğat vasitəsinə çevrilməməsinin və tərəflər arasında sivil şəkildə müzakirə olunmasının vacibliyini vurğulayıb.

Elpress.az xəbər verir ki, Hakan Fidan bu barədə oktyabrın 15-də Bakıda jurnalistlərə açıqlamasında danışıb. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində iki ölkə arasındakı münasibətlərə dair sualları cavablandırıb.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında bəzi məsələlərə fərqli yanaşmaların olması mümkündür. Onun sözlərinə görə, bu cür mövzular qardaşlıq münasibətlərinə uyğun şəkildə müzakirə edilməli, ikitərəfli əlaqələrin zəiflədilməsi üçün istifadə olunmamalıdır.

Fidan bildirib ki, hər iki xalqın ortaq tarixi və köklü əlaqələri mövcuddur. O, problemlərin sosial media üzərindən təbliğat vasitəsinə çevrilməsinə ehtiyac olmadığını, məsələlərin birbaşa dialoq yolu ilə həllinin daha doğru olduğunu vurğulayıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də bu məsələlərin müzakirə olunduğunu açıqlayıb. O, dövlət başçısının mövqeyini və fikirlərini dinlədiklərini bildirərək, iki lider arasındakı dostluq və qardaşlıq bağlarının bundan sonra da möhkəm qalacağını deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 15-də Hakan Fidanı qəbul edib. Prezidentin rəsmi saytında yayılan məlumata əsasən, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda məktəb direktoru ilə mübahisə edən şagirdin atası həbs olunub

Next Article

Qaradağda 150-dən çox sakinlə görüş keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Norman etimadnaməsinin surətini Bayramovaya təqdim edib.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:32 1200 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün United Kingdomın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normani qəbul edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi […]

Media və Yayım Şurasına yeni sədr və üzvlər təyin edildi

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 14:30 1058 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Media və Yayım Şurasının sədr və üzvlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media […]

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Aysel Əlibəyli 04 Avqust 2026 · 12:44 1084 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisi qəbul edib. Elpress.az xəbər verir ki, […]

Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 18:29 1042 baxış Elpress.az xəbər verir ki, Türkiyə və Rusiya arasında keçirilən diplomatik məsləhətləşmələr zamanı Cənubi Qafqaz və Mərkəzi Asiyadakı proseslər diqqət mərkəzində olub.Görüşdə tərəflər regional təhlükəsizlik və sabitlik […]