--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda 32 kiloqrama yaxın narkotik aşkarlanıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:09 1132 baxış

Nizami rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

Elpress.az xəbər verir ki, Bakının Nizami rayonunda keçirilən əməliyyat zamanı 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar. Onların üzərindən və istifadəsində olan əşyalardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsilə tanış olduqları və şəxsiyyətləri istintaq tərəfindən araşdırılan xarici ölkə vətəndaşlarından əldə ediblər.Onların narkotik vasitələri paytaxt ərazisində yaymaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları bildirilir.Faktla bağlı araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb

Next Article

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabirabadda gənc qız hamamda ölü tapıldı

Aysel Əlibəyli 20 İyun 2026 · 18:39 1138 baxış Sabirabad rayonunda gənc qızın ölümü ilə bağlı hadisə qeydə alınıb. Elpress.az Lent.az-a istinadən xəbər verir ki, Məlumata görə, hadisə rayonun Balahəşimxanlı kəndində baş verib. Kənd sakini, […]

Abşeronda 3 aylıq körpə boğularaq ölüb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:54 1108 baxış Hökməli qəsəbəsində 3 aylıq körpənin boğularaq həyatını itirməsi ilə bağlı araşdırma aparılır. Elpress.az xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində faciəli hadisə baş verib. İlkin məlumata […]

Fransada qatar relsdən çıxıb: 44 yaralı

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:35 1088 baxış Ruan-Kan marşrutunda qatar qəzasında bir nəfərin vəziyyəti ağırdır Elpress.az xəbər verir ki, Fransada Ruan-Kan marşrutu üzrə hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət […]