Sahil qəsəbəsində sakinlərin müraciətləri dinlənilib, qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Elpress.az xəbər verir ki, oktyabrın 15-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev vətəndaşlarla səyyar qəbul keçirib.
Görüşdə 150-dən çox sakin iştirak edib. Müraciətlər fərdi qaydada dinlənilib, həlli mümkün olan məsələlər yerindəcə həll edilib. Digər problemlərin araşdırılması və icrası üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Natiq Əliyev hər bir müraciətin diqqətlə araşdırılacağını və problemlərin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib. Görüş zamanı dövlət siyasətinin əsas istiqamətləri və yaşayış məntəqələrində mövcud məsələlərin həllinin əhəmiyyəti də vurğulanıb.
Sakinlər əhalinin rifahına göstərilən diqqəti və problemlərin həlli istiqamətində görülən işləri müsbət qiymətləndiriblər.


