--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Yevlaxda qətldə təqsirləndirilən 6 qohuma hökm oxunub

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:37 1008 baxış

Təqsirləndirilən şəxslər 15 ildən 19 ilədək müddətə azadlıqdan məhrum ediliblər

Elpress.az xəbər verir ki, Yevlaxda 2024-cü ildə baş verən qətl hadisəsi ilə bağlı təqsirləndirilən altı qohumun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Tərtər Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində hökm elan olunub.Məhkəmənin hökmü ilə X.R. və V.T. 19 il, Ə.Ə. və D.A. 18 il 2 ay, Ş.İ. 18 il, Ş.S. isə 15 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, 2024-cü ildə Azər Quliyev N.Ş. adlı qadını qaçırıb. Bundan sonra qadının qardaşları Abşeron rayonunun Qobu qəsəbəsində Azər Quliyevi döyərək ona xəsarətlər yetirib və avtomobilin baqajında Yevlaxa aparıblar.Yevlaxa çatdıqdan sonra onu avtomobildən çıxarmaq istəyərkən Azər Quliyevin öldüyü məlum olub.Hadisə ilə bağlı cinayət işi başlanılıb və şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam oğurlama, seksual xarakterli zorakılıq və digər maddələri üzrə ittihamlar irəli sürülüb.Təqsirləndirilən şəxslərdən birinin hərbi qulluqçu olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Könüllü tibbi sığorta yığımları azalıb

Next Article

Qazaxıstanda təlim zamanı 9 hərbçi ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İsmayıllıda 5 yaşlı uşaq hovuzda həyatını itirdi

Aysel Əlibəyli 13 İyul 2026 · 11:32 1076 baxış İsmayıllı rayonunda baş verən faciəli hadisə nəticəsində azyaşlı uşaq hovuzda boğularaq ölüb. Elpress.az xəbər verir ki , Hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb.Məlumata görə, 5 […]

Bakının küçəsində qadınla kişi arasında dava

Aysel Əlibəyli 17 İyun 2026 · 13:25 1156 baxış Bakıda küçədə qadınla kişinin mübahisə zamanı bir-birinə əl qaldırdığı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, qadın qarşı tərəfə daha çox zərbə endirərək fiziki qarşıdurmada üstünlük […]

İcra başçısının şikayəti təmin edilmədi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:59 1048 baxış Şabran icra başçısının kənd sakinlərinə qarşı xüsusi ittiham şikayəti rədd olunub Elpress.az xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun iki […]

Bakının Xətai rayonunda güclü yanğın başlayıb

Aysel Əlibəyli 09 Avqust 2026 · 16:46 1050 baxış Elpress.az xəbər verir ki, Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində […]