--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Prezident: “Müharibə bizim seçimimiz olmayıb, Ermənistan bizi buna məcbur edib”

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 19:12 1026 baxış

Azərbaycan müharibədən sonra qisas yolunu deyil, sülhü seçib. Dövlət başçısı bildirib ki, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana sülh təklif edib, bu gün isə əldə olunan razılaşmanın qorunması və möhkəmləndirilməsi vacibdir.

Prezidentin sözlərinə görə, Ermənistan və onun arxasında dayanan qüvvələr Azərbaycanın öz suverenliyini güc yolu ilə bərpa etmək əzmini düzgün qiymətləndirməyiblər. O vurğulayıb ki, Azərbaycan xalqının azadlıqsevərliyi, milli ləyaqəti, adət-ənənələri və mənəvi dəyərləri bu mübarizədə mühüm rol oynayıb.

Dövlət başçısı qeyd edib ki, xalqımız 30 il ərzində yaşadığı əzablara, törədilmiş soyqırımlarına, şəhər və kəndlərin dağıdılmasına baxmayaraq, məğlub tərəfdən qisas almaq yoluna getməyib. Azərbaycan döyüş meydanında qələbə qazanıb, işğalçılara qarşı mübarizəsini başa çatdırıb və bundan sonra sülhə üstünlük verib.

Prezident bildirib ki, Azərbaycanın davranışı xalqın mənəvi keyfiyyətlərini və humanist mövqeyini nümayiş etdirir. Onun sözlərinə görə, ölkəmiz qarşı tərəfin səviyyəsinə enməyib, əvəzində sülh təklif edib.

Dövlət başçısı hazırkı vəziyyətə toxunaraq vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında formalaşan sülh hələ kövrəkdir. Buna görə də əldə olunan sülhün qorunması və daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ərdoğanın növbəti seçkidə namizəd olacağı açıqlanıb

Next Article

Haber Global İlham Əliyevin AQEM-dəki çıxışını gündəmə gətirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 14:55 1060 baxış Cinayət və Cinayət-Prosessual məcəllələrə terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı dəyişikliklər təklif olunur Elpress.az xəbər verir ki, Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və bu sahədə hüquqi mübarizə […]

Heydər Əliyev Mərkəzindən Çinə xüsusi jest

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:42 1072 baxış Bakının məşhur memarlıq simvollarından olan Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş xüsusi işıqlandırma həyata keçirilib. Elpress.az xəbər verir ki, oktyabrın 1-də […]

Yeni dəmiryol xətti çəkiləcək

Aysel Əlibəyli 24 İyul 2026 · 11:37 1094 baxış Zabrat–Maştağa–Bağlar dəmir yolu xətti yenidən istifadəyə veriləcək Elpress.az xəbər verir ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun […]