Türkiyədə növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi gözlənilir.
Elpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum “Haber Global”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, seçkilərin həmin tarixlərdə keçirilməsi böyük ölçüdə dəqiqləşib. Uçum, həmçinin Ərdoğanın növbəti prezident seçkisində sonuncu dəfə namizəd olacağını qeyd edib.


