--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Nurəddin Mehdixanlının 70 illiyi qeyd olunub

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 20:58 1030 baxış

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Elpress.az xəbər verir ki, oktyabrın 14-də təşkil edilən “Səhnədə ömür, sənətdə əbədilik” adlı gecədə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə aktyorun teatr sənətinə töhfələri, yaratdığı obrazlar və yaradıcılıq yolu barədə çıxışlar edilib. Mədəniyyət Nazirliyinin yubilyara ünvanladığı təbrik məktubu oxunub, Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva musiqi nömrələri ilə onu təbrik ediblər.

Gecədə Gürcüstan, Türkiyə və Moldovadan tanınmış teatr xadimlərinin videotəbrikləri nümayiş etdirilib, Özbəkistandan göndərilən təbrik məktubu səsləndirilib. Nurəddin Mehdixanlının müxtəlif illərdə səhnələşdirilən əsərlərdə ifa etdiyi rollardan görüntülər də təqdim olunub. Akademik Milli Dram Teatrının gənc aktyorlarının həmin səhnələrə canlı ifaları gecəyə xüsusi məna qatıb.

1980-ci ildə ilk dəfə bu teatrın səhnəsinə çıxan yubilyar çıxışında təşkilatçılara və iştirakçılara təşəkkür edib. O, Azərbaycan teatrının və mədəniyyətinin yeni nəsillər tərəfindən inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mərasim aktyorun baş rolda çəkildiyi “Cavad xan” filmindən məşhur monoloq-duanın nümayişi ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda 150-dən çox sakinlə görüş keçirilib

Next Article

Alyona Əliyeva beynəlxalq konfransda iştirak edib – FOTOLAR

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şuşada DOST Evi benefisiarları üçün xüsusi tədbir keçirilib

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:38 1064 baxış “Şuşada bir gün” proqramında sərgi, master-klas və ekskursiyalar təşkil olunub Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1150 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1156 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]