Oktyabrın 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə rəsmi şam yeməyi təşkil olunub.
Elpress.az xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin adından verilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və onların qızları Arzu Əliyeva mərasimdə iştirak ediblər.





