--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İstanbulda sel Alişanın evinə də ziyan vurub

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 23:20 1032 baxış

İstanbulda yağan güclü yağışların yaratdığı fəsadlar məşhur müğənni Alişanın evindən də yan keçməyib. Onun evinin zirzəmisini su basıb.

Elpress.az xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşım edərək xilasetmə qruplarının müdaxiləsindən sonra suyun çəkildiyini bildirib.

Alişan zirzəmidə bel hündürlüyünə qədər yığılan suyun boşaldılması üçün əməkdaşların üç saat çalışdığını qeyd edib və onlara təşəkkürünü çatdırıb.

İstanbulda hökm sürən leysan nəticəsində şəhərin müxtəlif ərazilərində yaşayış evləri və iş yerləri su altında qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev: Bakını işğal etməklə hədələyənlərin tankları indi Hərbi Qənimətlər Parkındadır

Next Article

Bakının iki rayonunda işıqlar müvəqqəti kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hollivud elitasının gizli xəstəxanası 👀

Aysel Əlibəyli 26 May 2026 · 20:27 1204 baxış Hollivud ulduzlarının tez-tez üz tutduğu məşhur Cedars-Sinai Medical Center xəstəxanasının daxilindən görüntülər. Elpress.az-ın məlumatına əsasən, İllərdir Hollivud ulduzlarının etibar etdiyi, Marilyn Monroedan Joan Collinsə qədər bir […]

Rza baba və komandası üçün şok sonluq: “Şəhid oldular”

Aysel Əlibəyli 06 İyun 2026 · 11:10 1194 baxış Türkiyədə uzun illərdir yayımlanan “Arka Sokaklar” serialının 751-ci bölümü emosional səhnələrlə yadda qalıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mövsüm finalında serialın əsas qəhrəmanları olan polis […]