Göygöl rayonunun Topalhəsənli kəndində fərdi yaşayış evindən orta yaşlı kişinin meyiti tapılıb.
Elpress.az xəbər verir ki, hadisə noyabrın 2-də kənd ərazisində qeydə alınıb.
Məlumata görə, meyitin aşkar edilməsindən sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir, ölüm səbəbi isə məlum deyil.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.


