--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunur

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:00 1054 baxış

Xaricdə işə düzəltmək vədi ilə şəxslərdən pul aldığı iddia edilən şəxsin məhkəməsi başlayır

Elpress.az xəbər verir ki, Turizm şirkətinin rəhbəri Tural Abbasovun xaricdə işə düzəltmək və digər vədlərlə çoxsaylı şəxsləri aldatdığı iddia olunur.Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Araşdırma zamanı Tural Abbasovun özünü “Mannhaim Travel” MMC-nin direktoru kimi təqdim edərək müxtəlif şəxslərə xarici ölkələrdə iş təmin edəcəyini vəd etdiyi müəyyənləşdirilib.İstintaq materiallarına əsasən, o, bu və digər yalan vədlərlə şəxslərin müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə edilməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.Toplanmış sübutlar əsasında Tural Abbasova Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.Cinayət işi üzrə müəyyən edilmiş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin olunub. İbtidai istintaq tamamlandıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

NATO rəhbəri Aİ-nin Ukrayna ilə bağlı qərarını dəstəkləyib

Next Article

Yardımlıda narkotik risklərinə qarşı maarifləndirmə aksiyası keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qubada bədbəxt hadisə: 74 yaşlı kişi həyatını itirdi

Aysel Əlibəyli 11 İyun 2026 · 13:38 1140 baxış Quba rayonunda baş verən bədbəxt hadisə ölümlə nəticələnib. Elpress.az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da rayonun Cağacuq kəndində qeydə alınıb.Kənd sakini, 1952-ci il təvəllüdlü […]

Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş

Aysel Əlibəyli 06 Avqust 2026 · 22:20 1080 baxış Buzovnada dənizdə batan MAA tələbəsi Ruslan Həmidov “World Robot Caspian Cup” qalibi imiş Elpress.az xəbər verir ki, Avqustun 2-də Buzovna qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan şəxslərdən […]

Gürcüstanda jurnalist Azərbaycanla bağlı iddialara görə saxlanılıb

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:56 1046 baxış Gürcüstanda “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanət, konkret olaraq təxribat ittihamı ilə saxlanılıb. İşin mərkəzində Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareci monastır kompleksi ilə bağlı […]