--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan hərbçisi Ermənistanın Şəki kəndində saxlanılıb

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:02 1086 baxış

Azərbaycanın hərbi hissələrindən birinin hərbçisinin xidmət yerini naməlum şəraitdə tərk etdiyi və Ermənistan ərazisinə keçdiyi bildirilir.

Ermənistan tərəfinin məlumatına görə, hərbçi daha sonra Syunik vilayətinin Şəki kəndində saxlanılıb.

Elpress.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.Məlumata görə, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə hərbçinin xidmət yerindən ayrılması barədə məlumat verib. Onun Ermənistan sərhədini qanunsuz keçə biləcəyi ehtimalı nəzərə alınaraq hər iki ölkənin aidiyyəti qurumları tərəfindən axtarış tədbirləri həyata keçirilib.Ermənistan tərəfinin açıqlamasında bildirilir ki, oktyabrın 1-də Şəki yaşayış məntəqəsində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə məlumat daxil olub. Hadisənin araşdırılması zamanı atəş açanın Azərbaycan hərbçisi olduğu müəyyənləşdirilib və o saxlanılıb.

Hadisənin təfərrüatlarının Azərbaycan tərəfinə də təqdim edildiyi, Ermənistan İstintaq Komitəsində isə faktla bağlı cinayət icraatına başlanıldığı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“MB-24000” lazer sistemi 4 kilometrədək məsafədə təsir göstərə bilir

Next Article

Azərbaycanda hakimlərin sayı 800 nəfərə çatdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:09 1136 baxış AQTA-nın Ağcabədidə keçirdiyi yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) […]

Nərimanovda yaşayış binasında yanğın

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 23:50 1090 baxış Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Elpress.az xəbər verir ki, hadisə binanın 8-ci mərtəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb. Yanğın zamanı ümumi sahəsi […]