--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Xaçmazda polis əməliyyatı: silah və külli miqdarda heroin aşkarlandı

Aysel Əlibəyli 08 İyul 2026 · 15:14 1092 baxış

Azərbaycan Polisinin Xaçmazda keçirdiyi əməliyyat zamanı silah və narkotik vasitə ilə əlaqəli şübhəli bilinən iki nəfər saxlanılıb.

Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Musayev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, dörd patron və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.Əməliyyat tədbirləri davam etdirilərkən digər rayon sakini İsa Cəbiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, rayon ərazisində yerləşən köhnə yarımtikilidə yaxalanıb və üzərinə baxış zamanı təxminən bir kiloqram heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Next Article

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada qatar relsdən çıxıb: 44 yaralı

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:35 1044 baxış Ruan-Kan marşrutunda qatar qəzasında bir nəfərin vəziyyəti ağırdır Elpress.az xəbər verir ki, Fransada Ruan-Kan marşrutu üzrə hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət […]

Goranboyda avtomobil qəzaya düşüb

Aysel Əlibəyli 28 İyul 2026 · 14:06 1070 baxış Bakı-Qazax magistralında baş verən qəzada iki nəfər xəsarət alıb Elpress.az xəbər verir ki, Goranboy rayonunda “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. […]