--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:42 1076 baxış

Qəbul olunan şagirdlər sənədlərini sentyabrın 7-dək təqdim etməlidirlər

Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbulu həyata keçirən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri açıqlanıb.Nəticələr şagirdlərin şəxsi kabinetlərinə yerləşdirilib. Qəbul nəticələrini elektron hökumət portalında yerləşən sy.edu.az platformasının “İmtahanlar” bölməsindən öyrənmək mümkündür.Şagirdlər üçün sistemdə avtomatik sorğular da yaradılıb. Hər bir namizəd şəxsi kabinetinin “Sorğularım” bölməsinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilər.Qəbul olunan şagirdlər şəxsi işlərini və tələb olunan digər sənədləri sentyabrın 7-si saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməlidirlər.Sentyabrın 2-dən etibarən müəyyən edilmiş son tarixədək sənədlərini təqdim etməyən şagirdlərin sistemdəki sorğuları silinəcək və onların qəbul nəticələri etibarsız hesab olunacaq.Bildirilib ki, lisey və gimnaziyalara qəbul prosesi üzrə III mərhələ keçirilməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Next Article

5 marşrut “brutto müqavilə” sisteminə keçib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Doktorantura üzrə 3 yeni ixtisas yaradılıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:20 1080 baxış Doktorantura ixtisaslarının təsnifatına üç yeni hüquq ixtisası əlavə olunub Elpress.az xəbər verir ki, Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların siyahısında dəyişiklik edilib.Baş nazir Əli Əsədovun imzaladığı […]

Bəzi məktəblərdə sabah distant təhsil olacaq

Aysel Əlibəyli 04 İyun 2026 · 18:44 1182 baxış IV siniflər üzrə iyunun 5-də, VI siniflər üzrə isə iyunun 6-da nəzərdə tutulan monitorinqlər səbəbindən paytaxtda mərkəz olaraq müəyyən edilmiş ümumi təhsil müəssisələrində tədris onlayn formatda […]

Azərbaycanda bazar günü 40 dərəcəyədək isti olacaq

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:24 1052 baxış Bakı və Abşeronda temperatur 36, bölgələrdə isə 40 dərəcəyə yüksələcək Elpress.az xəbər verir ki, Avqustun 23-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]