--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Samuxda qarayara ilə bağlı 9 nəfər izolyasiya edilib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:15 1046 baxış

Xəstə heyvanla təmasda olan şəxslər tibbi müşahidəyə götürülüb

Elpress.az xəbər verir ki, Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və TƏBİB-in birgə məlumatına əsasən, ilkin epidemioloji araşdırma zamanı xəstəliyə şübhəli şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyənləşdirilib. Onlardan birindən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.Xəstə heyvanla təmasda olan 9 nəfər müəyyən edilərək Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya olunub. Həmin şəxslərdən laborator müayinələr üçün nümunələr götürülərək müvafiq tibb müəssisəsinə göndərilib.Qurumlar bildiriblər ki, hazırda əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və vəziyyət nəzarətdə saxlanılır. Zəruri epidemioloji tədbirlər davam etdirilir.Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin şübhəli heyvan mənşəli məhsullarla təmasdan uzaq durmaq tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kəlbəcərdə mina partlayıb, kişi yaralanıb

Next Article

Britaniyada ilin ən isti günü qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:35 1040 baxış Avqustun 16-da Bakıda və bir sıra bölgələrdə güclü külək gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 16-da ölkə ərazisinin bir sıra yerlərində gözlənilən güclü […]

“Yüksəliş”də həlledici tur reallaşdı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:45 1132 baxış VI “Yüksəliş”in son turu keçirilib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə […]