--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibələrin qrafiki açıqlanıb

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:57 1064 baxış

107 dövlət orqanında 391 vakant vəzifə üzrə 1798 müsahibənin keçirilməsi planlaşdırılır

Elpress.az xəbər verir ki, Dövlət orqanlarında mövcud olan vakant vəzifələr üzrə keçiriləcək ümumi müsahibələrin qrafiki müəyyənləşdirilib.İyulun 15-də elan olunan müsabiqə üzrə 107 dövlət orqanında 391 vakant vəzifə namizədlərin müsahibəsinə çıxarılıb. Bu vəzifələr üzrə ümumilikdə 1798 müsahibənin keçirilməsi nəzərdə tutulur.Namizədlərin ən çox müraciət etdiyi vəzifələr arasında “YAŞAT” Fondu ilə iş şöbəsində baş məsləhətçi və Dövlət Turizm Agentliyinin Aparatında insan resurslarının idarə edilməsi sektorunda aparıcı məsləhətçi vəzifələri yer alır. Birinci vəzifə üzrə 63, ikinci vəzifə üzrə isə 42 namizəd qeydiyyatdan keçib.Müsahibələrin sentyabrın 14-dən oktyabrın 29-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçən şəxslər müsahibənin keçiriləcəyi vaxt və məkan barədə məlumatları şəxsi kabinetləri vasitəsilə əldə edə bilərlər.Namizədlərin müsahibədə iştirak etməməsi üzrlü səbəb hesab edilmir və belə hallar məsuliyyətsizlik kimi qiymətləndirilərək müvafiq məlumat bazasında qeydə alınır. İştirakdan imtina etmək istəyən namizəd bunu müsahibədən bir gün əvvəl saat 16:00-dək şəxsi kabineti vasitəsilə rəsmiləşdirə bilər.Üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyən şəxslər üçün yeni müsahibənin təşkili yalnız səbəbi təsdiqləyən müvafiq sənəd təqdim edildikdə mümkün olacaq.Namizədlərə müsahibənin başlanmasına ən azı 30 dəqiqə qalmış keçiriləcəyi ünvanda olmaları tövsiyə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın çimərlik polosu komandası turnirə hazırlaşır

Next Article

Payız Azərbaycana sentyabrın 23-də gələcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qeydiyyatsız əcnəbilərə DMX-dən xəbərdarlıq

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:18 1084 baxış Dövlət Miqrasiya Xidməti xəbərdarlıq etdi: 15 gündən artıq qeydiyyatsız qalan əcnəbiləri və onları qəbul edənləri cərimə gözləyir Elpress.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti (DMX) ölkə […]

Pensiya yaşı ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:42 1074 baxış Deputat: Pensiya yaşının artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya yaşının artırılacağı barədə yayılan iddialara Milli Məclisin İnsan hüquqları […]

“Həzi Aslanov”da narahatlıq yaradan metro keçidi

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:30 1082 baxış Məhəmməd Hadi küçəsində yeni metro keçidi tikilir: Sakinlərin təhlükəsizlik narahatlığına cavab verildi Elpress.az xəbər verir ki, Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri yaşayış binasının […]