--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanın ən savadlı və ən az təhsil göstəricisinə malik rayonları

Aysel Əlibəyli 30 May 2026 · 18:19 1351 baxış

Azərbaycanın ən yüksək təhsil səviyyəsinə malik və ən aşağı təhsil göstəricilərinə sahib rayonları

Elpress.az-ın Fed.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan regionları üzrə əhalinin ali təhsil göstəriciləri uzun illərdir diqqət mərkəzində olan mövzulardandır. Sonuncu rəsmi siyahıyaalınma nəticələrinə əsasən, ölkənin müxtəlif rayon və şəhərləri arasında bu sahədə ciddi fərqlər müşahidə olunur.Ən yüksək ali təhsilli əhali payı Bakı şəhərinin mərkəzi rayonlarında qeydə alınıb. Yasamal, Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonları ilk sıralarda yer alaraq təxminən 23–27 faiz aralığında göstəricilərlə fərqlənir. Xətai və Nizami rayonlarında bu rəqəm nisbətən aşağı olsa da, yenə də paytaxt üzrə orta göstəricidən yüksək sayılır.Bakı şəhəri ümumi olaraq götürüldükdə, ali təhsilli əhalinin payı təxminən 20 faiz ətrafında formalaşır. Paytaxtın digər rayonlarında – Pirallahı, Suraxanı, Xəzər və Sabunçu kimi ərazilərdə isə bu göstərici daha aşağı səviyyədədir.Regionlar və şəhərlər üzrə baxdıqda Gəncə, Sumqayıt, Naxçıvan və bəzi digər şəhərlərdə göstəricilər orta səviyyədə dəyişir və təxminən 14–19 faiz aralığında yerləşir. Bu ərazilərdə ali təhsilli əhali payı paytaxta nisbətən aşağı, lakin bəzi kənd rayonlarına nisbətən daha yüksəkdir.Ən aşağı göstəricilər əsasən kənd rayonlarında qeydə alınıb. Cəlilabad, Ucar, Hacıqabul, Sabirabad, Xaçmaz və bir sıra digər rayonlarda ali təhsilli əhalinin payı 5–7 faiz aralığında dəyişir. Ümumilikdə isə aşağı göstəricili rayonlar daha çox ölkənin mərkəzindən uzaq bölgələrdə cəmlənib.Qeyd edilir ki, bu fərqlər 2019-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsaslanır və növbəti genişmiqyaslı yenilənmiş statistikanın 2029-cu ildə aparılacaq siyahıyaalmadan sonra açıqlanması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Orman” restoranı Sea Breeze ərazisində yeni filialını istifadəyə verir.

Next Article

Litva nazirinin və ailə üzvlərinin şəxsi məlumatları oğurlanıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə iri ticarət mərkəzi hərraca çıxarıldı

Aysel Əlibəyli 23 İyul 2026 · 12:51 1072 baxış Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” satış məqsədilə hərraca çıxarılıb. Elpress.az xəbər verir ki, hərrac avqustun 11-də keçiriləcək. Obyektin ilkin qiyməti 18 milyon 400 […]

Bakıda ekspres avtobuslarla bağlı YENİLİK

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 10:46 1046 baxış Elpress.az xəbər verir ki, Bakı Metropoliteninin “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında hərəkət edən M2 ekspres avtobus marşrutunda ikinci validator quraşdırılıb. Yeni validator sərnişinlərin avtobusa […]