--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Payız Azərbaycana sentyabrın 23-də gələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 13:00 1064 baxış

Azərbaycanda astronomik payız sentyabrın 23-də səhər saatlarında başlayacaq

Elpress.az xəbər verir ki, Azərbaycanda astronomik payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 04:05:08-də başlayacaq.Bu vaxt payız bərabərliyi baş verəcək. Həmin tarixdə gecə və gündüzün uzunluğu bir-birinə yaxın olacaq. Günəş şərqdə doğacaq, qərbdə isə batacaq. Bununla belə, atmosfer refraksiyası və Günəş diskinin ölçüsü səbəbindən gündüzün müddəti dəqiq 12 saat olmayacaq və gecədən bir qədər uzun davam edəcək.Payız bərabərliyi zamanı Günəşin illik görünən hərəkəti nəticəsində göy ekvatoru keçiləcək və Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə doğru hərəkət edəcək. Bundan sonra Şimal yarımkürəsində gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq.Fəsillərin dəyişməsi Yerin Günəşə olan məsafəsinin dəyişməsi ilə deyil, planetin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66,56 dərəcə meyilli olması ilə əlaqədardır. Bu xüsusiyyət il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağının dəyişməsinə səbəb olur.2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək. Fəsil dekabrın 22-də baş verəcək qış günəşduruşu ilə başa çatacaq və həmin andan Şimal yarımkürəsində astronomik qış başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibələrin qrafiki açıqlanıb

Next Article

Uitkoff və Kuşner Moskva və Kiyevə səfər edəcəklər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Jurnalistika imtahanında yenilik

Aysel Əlibəyli 21 İyul 2026 · 15:30 1108 baxış Jurnalistika üzrə qabiliyyət imtahanında inşa ilk dəfə kompüterdə yazılacaq Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək qabiliyyət imtahanında […]

Prokurorluğa qulluğa qəbul imtahanı oktyabrın 9-da keçiriləcək

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:24 1062 baxış Test imtahanı Bakıdakı Elektron imtahanlar korpusunda təşkil olunacaq Elpress.az xəbər verir ki, Prokurorluq orqanlarında qulluğa qəbul üzrə cari ildə elan edilmiş müsabiqənin test imtahanının vaxtı müəyyənləşib.Sənədləri […]