--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

şagirdlər dərsdə cihazlardan istifadə edə bilməyəcək

Aysel Əlibəyli 29 İyun 2026 · 18:49 1082 baxış

Dərs zamanı mobil cihazlara nəzarət güclənir: Yeni qaydalar məktəblərdə tətbiq ediləcək

Azərbaycan məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib.Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya Qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazların istifadəsini tənzimləyən yeni Qaydalar qüvvəyə minib.Yeni tənzimləmələr rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması, tədris prosesinin keyfiyyətinin artırılması, şagirdlərin diqqətinin dərsə yönəldilməsi və daha təhlükəsiz məktəb mühitinin yaradılması məqsədi daşıyır.Qaydalara əsasən, şagirdlər dərs və məşğələ zamanı mobil telefon, planşet, ağıllı saat və digər analoji elektron cihazlardan istifadə edə bilməyəcəklər. Məktəbə gətirilən cihazlar dərs müddəti başa çatanadək söndürülmüş və ya səssiz rejimdə, məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır.Elektron cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti altında, tədris məqsədləri üçün istifadə edilə bilər. Həmçinin fövqəladə hallar, təbii fəlakətlər və sağlamlıqla bağlı zəruri vəziyyətlər zamanı cihazlardan istifadəyə icazə veriləcək.Qaydaların pozulmasına məktəbin daxili intizam mexanizmləri çərçivəsində nəzarət olunacaq. Pozuntu aşkar edildikdə valideyn və ya qanuni nümayəndə məlumatlandırılacaq, şagirdlə profilaktik söhbət aparılacaq və zəruri hallarda məktəbdə müzakirələr təşkil ediləcək.Yeni qaydalar yalnız məhdudiyyət tətbiq etməyi deyil, eyni zamanda şagirdlər, müəllimlər və valideynlər arasında rəqəmsal təhlükəsizlik, kibertəhlükələr və elektron vasitələrdən düzgün istifadə ilə bağlı maarifləndirməni də nəzərdə tutur.Qərarın əsas məqsədi texnologiyadan imtina etmək deyil, elektron cihazların tədris prosesinə mənfi təsirlərini azaltmaq və məktəblərdə daha səmərəli öyrənmə mühiti yaratmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kaya Kallas: Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir

Next Article

Skuterdən telefon oğurlayan şəxs saxlanıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

600-dən çox bal toplayanların bir qismi tibbə qəbul olmayacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:24 1058 baxış DİM sədri IV qrup üzrə yüksəkballı abituriyentlərin qəbul şansları barədə danışıb Elpress.az xəbər verir ki, IV ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərin hamısının tibb ixtisaslarına […]

Azərbaycanda erkən analarla bağlı statistika açıqlanıb

Aysel Əlibəyli 26 İyul 2026 · 21:05 1074 baxış 2024-cü ildə 18 yaşına çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalsa da, göstəricilər hələ də narahatlıq doğurur. Elpress.az xəbər verir ki, Azərbaycanda bu ildən etibarən […]

Kənan Seyidovun birinci müavini təyin olundu

Aysel Əlibəyli 08 İyul 2026 · 15:20 1102 baxış Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təyin edilib. Elpress.az xeber verir ki, Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Vətən Müharibəsi […]

Sabah 38 dərəcə isti olacaq

Aysel Əlibəyli 18 İyul 2026 · 15:34 1064 baxış Sabah bəzi rayonlarda leysan, Bakıda isə 38 dərəcəyədək isti gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-na olan hava proqnozunu açıqlayıb.Bildirilib ki, Bakıda və […]