--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

600-dən çox bal toplayanların bir qismi tibbə qəbul olmayacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:24 1060 baxış

DİM sədri IV qrup üzrə yüksəkballı abituriyentlərin qəbul şansları barədə danışıb

Elpress.az xəbər verir ki, IV ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərin hamısının tibb ixtisaslarına qəbul ola bilməyəcəyi gözlənilir.Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, bu il IV qrupda 600-dən yuxarı bal toplayan 1212 abituriyent var. Onların böyük hissəsinin tibb ixtisaslarına müraciət edəcəyi gözlənilir.DİM sədrinin sözlərinə görə, bu abituriyentlərin hamısının xüsusilə müalicə işi ixtisasına qəbul olması mümkün deyil. O qeyd edib ki, ötən il tibb ixtisası üzrə keçid balı yüksək olub və bu il həmin göstəricinin təxminən 20 bal artacağı gözlənilir. 500 baldan yuxarı keçid balı olan digər ixtisaslarda isə artımın təxminən 10 bal təşkil edə biləcəyi proqnozlaşdırılır. Abbaszadə həmçinin bildirib ki, IV qrupda 150 baldan yuxarı nəticə göstərən 5419 nəfər var. Onun sözlərinə görə, abituriyentlər düzgün ixtisas seçimi etsələr, onların böyük əksəriyyətinin ali məktəbə qəbul olmaq şansı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qarabağ” “Dinamo”ya qarşı hesabı bərabərləşdirib

Next Article

Gəncədə üç avtomobil toqquşub: xəsarət alanlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:43 1062 baxış “Gilas” adının “Kifayət” ilə əvəzlənməsi tələbi məhkəmədə təmin edilməyib Elpress.az xəbər verir ki, Şəmkir rayonunda yaşayan qadın doğum haqqında sənədlərində adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət […]

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1074 baxış Təlimə 196 nəfər və 42 texnika cəlb olunub Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin […]

Qobustanda yeni avtomobil körpüləri tikiləcək

Aysel Əlibəyli 29 İyul 2026 · 11:08 1066 baxış Qobustan qəsəbəsində köhnə avtomobil körpüləri sökülərək yerində müasir standartlara uyğun yeni körpülər inşa ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, […]

Hadrut və Tuğ yenidənqurma layihələri

Aysel Əlibəyli 14 May 2026 · 18:02 1122 baxış Hadrut və Tuğ qəsəbələrində həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əlaqədar toplantı baş tutub. Hadrut qəsəbəsi və Tuğ kəndində həyata keçirilən bərpa və yenidənqurma prosesləri […]