--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda avtobus daşımalarında yeni sistem tətbiq olunur

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 18:20 1070 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda müntəzəm sərnişin daşımalarında yeni maliyyələşmə modelinin tətbiqinə başlanılıb.

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli qərarı ilə təsdiqlənən qaydalara əsasən, daşıyıcılara göstərdikləri xidmətin keyfiyyətinə və qət etdikləri məsafəyə uyğun subsidiya ödəniləcək.
İlkin mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar “brutto müqavilə” sisteminə daxil edilib. Tələblərə uyğun olaraq digər müntəzəm marşrutların da mərhələli şəkildə bu modelə qoşulması nəzərdə tutulur.
Yeni mexanizm çərçivəsində avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək. Daşıyıcı isə sərnişin sayından asılı olmayaraq, müəyyən edilmiş tələblərə uyğun xidmət göstərdiyi halda ödəniş alacaq.
Bu yanaşmanın xüsusilə sərnişin axınının az olduğu saatlarda, o cümlədən axşam vaxtlarında avtobusların qrafik üzrə fəaliyyət göstərməsinə imkan yaradacağı bildirilir.
Yeni modelin tətbiqi ilə daşıyıcıların yalnız daha çox gəlir gətirən marşrutlara üstünlük verməsinin qarşısının alınması, şəhərətrafı və nisbətən azrentabelli xətlərdə xidmət səviyyəsinin yüksəldilməsi gözlənilir.
Bundan başqa, sistem daşıyıcıların fəaliyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xidmət keyfiyyəti üzrə müəyyənləşdirilmiş tələblərə əməl edilmədiyi halda müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmlərinin tətbiqi mümkün olacaq.
Xüsusi proqram təminatı vasitəsilə avtobus daşıyıcılarının göstərdiyi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və marşrutlar üzrə xidmətin təşkilinə nəzarət həyata keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADY-dən sərnişinlərə xəbərdarlıq: Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı saxtakarlıq

Next Article

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 23:42 1076 baxış Bakının bir neçə rayonunda və Abşeronun ayrı-ayrı yaşayış məntəqələrində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, buna səbəb magistral su kəmərində aparılan təmir-bərpa […]

“BakuBus” çimərlik marşrutlarını açıqladı

Aysel Əlibəyli 23 İyul 2026 · 13:11 1098 baxış “BakuBus” çimərliklərə gedən avtobusların siyahısını təqdim edib Elpress.az xəbər verir ki, “BakuBus” yay mövsümü ilə əlaqədar çimərliklərə xidmət göstərən avtobus marşrutlarının siyahısını açıqlayıb. Şirkətin yaydığı məlumata […]

Himayədar ailə olmaq prosesi sadələşdirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:36 1058 baxış Himayədar valideyn olmaq istəyənlər üçün təlim və uşağın seçilməsi mərhələləri qısaldılıb Elpress.az xəbər verir ki, Himayədar ailə modelinin tətbiqi və valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə […]

Tozlu hava sabaha qədər davam edəcək

Aysel Əlibəyli 27 İyul 2026 · 12:08 1076 baxış Bakıda və Abşeronda müşahidə olunan tozlu hava şəraitinin davam edəcəyi açıqlanıb Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin sabah günorta […]