--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Naxçıvanda 73 sosial xidmət elektron qaydada göstərilir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:44 1058 baxış

Muxtar respublikada sosial xidmətlərin rəqəmsallaşdırılması genişləndirilir

Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində xidmətlərin rəqəmsal formada təqdim olunması genişləndirilir.Məlumata görə, 2023-cü ildən etibarən Naxçıvan üzrə məlumat bazaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin müvafiq altsistemlərinə inteqrasiya edilib. Bununla da muxtar respublikada qeydiyyatda olan vətəndaşlar sosial məsələlərlə bağlı müraciətlərini ölkə üzrə istənilən DOST Mərkəzinə və ya 142 Çağrı Mərkəzinə ünvanlaya bilirlər.Hazırda Naxçıvanda təqdim olunan 150 sosial xidmətdən 73-ü elektron, 50-si isə proaktiv formada göstərilir.Elektron və proaktiv xidmətlərin əsas məqsədi vətəndaşların əlavə sənədlər toplamasına və uzun inzibati prosedurlardan keçməsinə ehtiyac yaratmadan, hüquqları yarandığı andan müvafiq ödəniş və xidmətlərdən yararlanmalarını təmin etməkdir.Bu barədə vətəndaşlara məlumatların SMS bildirişləri vasitəsilə çatdırılması da nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəhidlərin adlarının səliqəsiz yazılmasına etiraz edildi

Next Article

Qusarda 18 küçə yenilənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Vəkillər Kollegiyasında mühüm qərarlar qəbul edildi

Aysel Əlibəyli 06 İyun 2026 · 11:59 1170 baxış İyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti və qarşıda duran […]

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1130 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

Sabah Bakıda yağış yağacaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:24 1140 baxış Paytaxtda bəzi yerlərdə leysan və şimşək ehtimalı var Elpress.az xəbər verir ki, Sentyabrın 29-da Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə […]