--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı ilə bağlı fətva yayıb

Elşən 25 May 2026 · 09:44 1196 baxış

ELPress.az bildirir ki, bu badərə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı rəsmi fətva yayıb.

Fətvada bildirilir ki, Qurban bayramı İslam aləmində mühüm dini günlərdən biri sayılır və Həzrət İbrahim (ə) ilə Həzrət İsmayıl (ə) hadisəsi ilə əlaqələndirilir. Qazılar Şurası bu günün mənəvi mahiyyətini vurğulayaraq, qurban ibadətinin əsas məqsədinin Allaha yaxınlaşmaq və xeyirxahlığı təşviq etmək olduğunu qeyd edib.

Açıqlamada həmçinin vurğulanır ki, şəriət qaydalarına görə qurban kəsmək Həcc ziyarətində olan zəvvarlar üçün vacib, digər müsəlmanlar üçün isə sünnət əməldir. Qurban ətinin ehtiyacı olanlara paylanmasının isə xüsusi savab olduğu diqqətə çatdırılıb.

Qurumun tövsiyələrində qurbanlıq heyvanların sağlam və müəyyən yaş həddinə uyğun olması, kəsim prosesinin isə gigiyenik və şəriət qaydalarına uyğun şəkildə aparılması bildirilir. Qurban ətinin bölüşdürülməsində ehtiyac sahiblərinə üstünlük verilməsi də məsləhət görülür.

Bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qurban bayramı 27 may tarixinə təsadüf edəcək və kəsim mərasimləri üç gün davam edə bilər. Bayram namazlarının həmin tarixdə məscidlərdə qılınacağı da qeyd olunub.

Sonda fətvada Azərbaycan xalqına və bütün müsəlmanlara təbrik ünvanlanaraq Qurban bayramının mənəvi dəyərlərinin qorunmasının vacibliyi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AzerGold QSC yerli gümüş külçələrin istehsalına başlayır

Next Article

İsa Həbibbəyli: 10 ildə 50-dən çox yaşayış məntəqəsinin adı milli yaddaşa uyğun dəyişdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

☀️ İlin ən uzun gündüzü və ən qısa gecəsi

Aysel Əlibəyli 21 İyun 2026 · 20:07 1172 baxış Bu gün ölkədə ilin ən uzun gündüzü və ən qısa gecəsi müşahidə olunur. Yay fəslinin başlanğıcı iyunun 21-i saat 12:24-də qeydə alınıb və bu an yay […]

Səbinə Əliyevanın Ombudsman kimi 7 illik fəaliyyəti yekunlaşır

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:22 1084 baxış Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili postunda dəyişikliklə bağlı proses yaxın aylarda gündəmə gələ bilər. Hazırkı Ombudsman Səbinə Əliyevanın 7 illik səlahiyyət müddəti bu ilin noyabrında tamamlanır. […]

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alındı

Elşən 22 Aprel 2026 · 15:57 1141 baxış Xəzər dənizi ərazisində 3,3 maqnitudalı zəlzələ baş verib. Elpress.az-ın YeniÇağ.az-a istinadən verdiyi məlumata görə, Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə […]