--:--:-- | 04 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AzerGold QSC yerli gümüş külçələrin istehsalına başlayır

Elşən 25 May 2026 · 09:36 1189 baxış

AzerGold QSC ilk dəfə yerli xammal əsasında hazırlanmış 999,9 əyarlı gümüş külçələri satışa çıxarmağa hazırlaşır. Şirkətdə məhsulların istehsal mərhələsinə artıq start verildiyi bildirilib.

Elpress.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr, marketinq və korporativ sosial məsuliyyət şöbəsinin müdiri Ariz Tarverdiyev verib. Onun sözlərinə görə, ilkin mərhələdə bazara 250, 500 və 1000 qramlıq gümüş külçələr təqdim ediləcək.

Qeyd olunub ki, gələcək mərhələlərdə bazardakı tələb, investorların marağı və alıcı seçimləri nəzərə alınaraq fərqli çəkilərdə yeni məhsulların istehsalı da həyata keçiriləcək. Şirkət bununla həm məhsul çeşidini artırmağı, həm də daha geniş auditoriyaya çıxmağı planlaşdırır.

Ariz Tarverdiyev bildirib ki, son illərdə yaşıl enerji texnologiyalarının inkişafı gümüşə olan qlobal tələbatı əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə günəş panelləri istehsalı və elektronika sənayesində bu metaldan geniş istifadə olunması onun beynəlxalq bazardakı dəyərinin yüksəlməsinə təsir göstərib.

Şirkət nümayəndəsinin sözlərinə görə, dünya bazarında gümüşə marağın artması bu metalı investisiya vasitəsi kimi daha cəlbedici edib. Yerli istehsal hesabına hazırlanacaq milli məhsulun isə ölkədə qiymətli metallar bazarının inkişafına dəstək verəcəyi gözlənilir.

Layihənin əsas məqsədlərindən biri də vətəndaşlar və investorlar üçün etibarlı, uzunmüddətli və alternativ investisiya imkanları yaratmaqdır. Bununla yanaşı, daxili bazarda yerli istehsalın payının artırılması və qiymətli metallar sektorunda yeni imkanların formalaşdırılması hədəflənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəzər dənizində 3,4 Ballıq Zəlzələ Qeydə Alınıb

Next Article

Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı ilə bağlı fətva yayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ: Azərbaycanla ticarət əlaqələrimiz qürurvericidir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:20 1133 baxış Gəncədə Avropa İttifaqının “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində Azərbaycan–Aİ münasibətlərinə dair mesajlar verilib. Elpress.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılış mərasimi şəhərin Heydər Əliyev […]

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Aysel Əlibəyli 13 İyul 2026 · 10:54 1052 baxış Azərbaycan Mərkəzi Bankı iyulun 13-də qüvvədə olacaq rəsmi valyuta məzənnələrini elan edib. Elpress.az xəbər verir ki , Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan rəsmi valyuta […]

Azərbaycanda tranzit daşımaları rekord həddə çatdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:54 1034 baxış Tranzit yükdaşımalarının həcmi ilin ilk 7 ayında 9,1 milyon tonu keçib Elpress.az xəbər verir ki, Azərbaycanda tranzit yükdaşımalarının həcmi son beş ilin ən yüksək göstəricisinə çatıb.Rəqəmsal […]

Naftalana yeni turist axını

Aysel Əlibəyli 18 İyun 2026 · 18:28 1130 baxış “TABIA Group” və Özbəkistanın “FlyKhiva” şirkəti arasında turizm və sağlamlıq sektorunda əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Azərbaycanın qonaqpərvərlik və sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən “TABIA Group” […]