--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İsa Həbibbəyli: 10 ildə 50-dən çox yaşayış məntəqəsinin adı milli yaddaşa uyğun dəyişdirilib

Aysel Əlibəyli 25 May 2026 · 11:00 1171 baxış

Azərbaycanda tarixi toponimlərin bərpası istiqamətində işlər davam edir.

Elpress.az Azərtac-a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda keçirilən respublika konfransında deyib.O bildirib ki, saxtalaşdırılmış yer adlarının dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Akademikin sözlərinə görə, yaxın zamanda Quba rayonunda üç kəndin adı dəyişdirilib.İsa Həbibbəyli qeyd edib ki, Vladimirovka kənd sakinləri yaşayış məntəqəsinin “Elbir” adlandırılması təşəbbüsü ilə Milli Məclisə müraciət ediblər. O vurğulayıb ki, bu ad həm birlik mənası daşıyır, həm də dilimiz üçün yeni ifadə hesab olunur.Akademik əlavə edib ki, əvvəllər Alekseyevka, Nikolayevka və sovet ideologiyasını əks etdirən digər kənd adları mövcud idi. Son 10 ildə isə Toponimiya Komissiyası tərəfindən 50-dən çox yaşayış məntəqəsinin adı tarixi və milli yaddaşa uyğun şəkildə dəyişdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı ilə bağlı fətva yayıb

Next Article

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı tələbə şəhərləri reytinqində yüksəlib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:20 1098 baxış Bakı dünyanın ən yaxşı tələbə şəhərləri siyahısında 95-ci yerdə qərarlaşıb Elpress.az xəbər verir ki, QS (Quacquarelli Symonds) təşkilatının 2026-cı il üzrə “Best Student Cities” reytinqinə əsasən, […]

Bakıda metro və avtobuslarla bağlı mühüm dəyişiklik

Aysel Əlibəyli 13 Avqust 2026 · 16:41 1064 baxış Bakıda nəqliyyatın təşkili ilə bağlı yeni dəyişikliklər ediləcək. “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, […]

Misir Mərdanov “Şərəf” ordeninə layiq görüldü

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 16:39 1078 baxış Azərbaycanın ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə xidmətləri ilə seçilən Misir Cümail oğlu Mərdanov təltif olunub. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Misir […]