--:--:-- | 19 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 1062 baxış

Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən bir sıra yol istismarı müəssisələrinin ləğv edilməsi barədə qərarlar qəbul olunub. Müvafiq qərarlara əsasən, həmin qurumlar fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.Ləğv olunan müəssisələr sırasında “Bakı 1 №-li Yol İstismarı”, “Bakı 5 №-li Yol İstismarı”, “Bakı 6 №-li Yol İstismarı”, “Bakı 7 №-li Yol İstismarı”, “Bakı 8 №-li Yol İstismarı”, “Bakı 9 №-li Yol İstismarı”, “Bakı 10 №-li Yol İstismarı”, eləcə də “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı”, “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” və “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-ləri yer alır.Qeyd edək ki, bu, AAYDA sistemində həyata keçirilən ilk ləğvetmə prosesi deyil. Daha əvvəl də Avtomobil Yollarının Yaşıllaşdırılması və Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası üzrə fəaliyyət göstərən bir sıra məhdud məsuliyyətli cəmiyyətlərin ləğvi ilə bağlı qərarlar qəbul edilmişdi. Son qərarla birlikdə agentliyin strukturunda növbəti optimallaşdırma mərhələsi həyata keçirilmiş olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dəməşqdə partlayış

Next Article

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda erkən analarla bağlı statistika açıqlanıb

Aysel Əlibəyli 26 İyul 2026 · 21:05 1038 baxış 2024-cü ildə 18 yaşına çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalsa da, göstəricilər hələ də narahatlıq doğurur. Elpress.az xəbər verir ki, Azərbaycanda bu ildən etibarən […]

Azərbaycanda siqaretlərdə qiymət artımı gözlənilir

Aysel Əlibəyli 06 İyun 2026 · 11:52 1132 baxış Ölkədə tütün məmulatlarının satış qiymətində dəyişiklik qeydə alınıb. Elpress.az xəbər verir ki, siqaretlərin pərakəndə satış qiymətində təxminən 30 qəpik civarında artım müşahidə olunur. Qiymət dəyişikliklərinin əsas […]

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 00:15 1090 baxış Bu gündən etibarən Azərbaycanda Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb. Elpress.az xəbər verir ki, Məhərrəm ayının ilk günü Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə […]