--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Baş Dövlət Yol Polis İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

Aysel Əlibəyli 24 May 2026 · 19:09 1154 baxış

Elpress.az -a daxil olan məlumata görə, İdarə Milli Hidrometeorologiya Xidmətinin proqnozuna istinad edərək bildirib ki, may ayının 25-26-da Bakı, Abşeron yarımadası və respublikanın bir sıra regionlarında müntəzəm olmayan güclü yağış, leysan, şimşək və şiddətli külək gözlənilir.

Bəzi ərazilərdə yağıntının qısa müddət ərzində kəskin güclənməsi, dolu, dağlıq zonalarda isə qar yağması istisna edilmir.Vurğulanıb ki, bu cür hava şəraiti yol hərəkəti üçün ciddi təhlükə yaradaraq qəzaların baş vermə ehtimalını yüksəldir. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi yolun bütün iştirakçılarına daha sayıq olmağı tövsiyə edir: “Sürücülər sürəti yol və hava şəraitinə müvafiq şəkildə tənzimləməli, nəqliyyat vasitələri arasındakı məsafəni artırmalı, ani manevr və lazımsız ötmələrdən uzaq durmalıdırlar. Görünüşün pisləşdiyi şəraitdə işıqlandırma avadanlıqlarından düzgün istifadə olunmalı, uzaq işıq əks istiqamətdən gələn sürücülərə maneçilik törətməməlidir. Piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, zəif görünmə şəraitində isə xüsusilə diqqətli hərəkət etməlidirlər. Küləkli havada moped, motosiklet və skuter istifadəçiləri daha ehtiyatlı olmalı, imkan daxilində hərəkətlərini məhdudlaşdırmalıdırlar. Belə nəqliyyat vasitələrinin güclü külək şəraitində idarə edilməsi çətinləşir və aşma riski artır. Yadda saxlayaq ki, hər bir məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin öngünlənməsinə töhfə verir.”

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tasnim: ABŞ ilə İran arasında memorandumla bağlı fikir ayrılığı davam edir

Next Article

Nərimanov rayonunda “Opel” markalı avtomobil alışaraq yandı, nəticədə həmin ərazidə park edilmiş “Mercedes”ə də zərər dəydi.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunur

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 10:50 1084 baxış Elpress.az xəbər verir ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə ölkənin hüquq-mühafizə […]

Bişkekdə İlham Əliyev və Məsud Pezeşkian görüşüb

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:46 1068 baxış Azərbaycan və İran prezidentləri ŞƏT sammiti çərçivəsində bir araya gəlib Elpress.az xəbər verir ki, Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran […]

Sabah 38 dərəcə isti olacaq

Aysel Əlibəyli 18 İyul 2026 · 15:34 1082 baxış Sabah bəzi rayonlarda leysan, Bakıda isə 38 dərəcəyədək isti gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-na olan hava proqnozunu açıqlayıb.Bildirilib ki, Bakıda və […]

Güclü yağışlarla bağlı Bakıda tədbirlər gücləndirildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 22:26 1074 baxış İntensiv yağışlar səbəbindən iri şəhərlərin su təchizatı və yağış sularının idarə olunması istiqamətində işlər gücləndirilib. Aidiyyəti qurumlar həssas ərazilərdə fasiləsiz xidmət göstərirlər. Elpress.az xəbər verir ki, […]