--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İyulda temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 18:57 1148 baxış

Yay qızmar keçəcək: Azərbaycanda iyul ayı üçün hava proqnozu açıqlandı

İyul ayında Azərbaycanda hava şəraitinin əsasən isti və quru keçəcəyi, bəzi günlərdə isə temperaturun yüksək həddə çatacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ay ərzində ölkə üzrə orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı proqnozlaşdırılır. Yağıntıların miqdarının isə ümumilikdə norma səviyyəsində qalacağı, bəzi bölgələrdə isə normadan bir qədər artıq ola biləcəyi ehtimal edilir.İyulun ilk günündə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı və dolu düşməsi ehtimalı olduğu bildirilir. Növbəti günlərdə isə havanın tədricən sabitləşəcəyi və əksər rayonlarda əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında iyul ayında orta temperaturun 25-28 dərəcə isti olacağı, gecə saatlarında 21-26 dərəcə, gündüzlər isə 29-34 dərəcə isti müşahidə ediləcəyi bildirilir. Ayın ikinci və üçüncü ongünlüyündə bəzi günlərdə havanın temperaturu 36-40 dərəcəyə qədər yüksələ bilər.Naxçıvan Muxtar Respublikasında temperaturun bəzi günlərdə 37-40 dərəcəyə çatacağı, qərb bölgələrində isə 37-39 dərəcə isti hava şəraitinin olacağı proqnozlaşdırılır.Mərkəzi aran rayonlarında isti hava daha çox hiss olunacaq. Burada bəzi günlərdə temperaturun 38-42 dərəcəyə yüksələcəyi gözlənilir.Şimal və dağlıq ərazilərdə hava nisbətən sərin keçəcək. Lakin bəzi günlərdə temperaturun yüksəlməsi mümkündür.Ümumilikdə, iyul ayında Azərbaycanda əsasən isti yay havası müşahidə olunacaq, bəzi bölgələrdə isə güclü istilər qeydə alınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Skuterdən telefon oğurlayan şəxs saxlanıldı

Next Article

Anar Bayramov işğaldan azad olunan ərazilərdəki tibb müəssisələrində olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:35 1040 baxış Ötən gün ən yüksək temperatur Aran rayonlarında 37 dərəcə olub Elpress.az xəbər verir ki, Avqustun 22-si saat 10:00-a olan hava şəraiti ilə bağlı faktiki göstəricilər açıqlanıb.Milli […]

Füzulidə qadın təcili yardım maşınında doğuş edib

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:23 1044 baxış Füzulidə hamilə qadının doğuşu yolda baş verib, ana və körpənin vəziyyəti stabildir Elpress.az xəbər verir ki, Füzulidə doğuş sancıları başlayan hamilə qadın təcili tibbi yardım avtomobilində […]

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Aysel Əlibəyli 06 İyun 2026 · 14:23 1169 baxış Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvanda monitorinq 17 […]