--:--:-- | 15 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Anar Bayramov işğaldan azad olunan ərazilərdəki tibb müəssisələrində olub

Aysel Əlibəyli 30 İyun 2026 · 00:10 1088 baxış

Elpress.az xəbər verir ki, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib.

Səfərin əsas məqsədi azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.

İki günlük səfərin ilk günündə Ağdərə rayonu ərazisində yerləşən Talış kənd Ailə Sağlamlıq Mərkəzi və Suqovuşan həkim məntəqəsi, həmçinin Tərtər Rayon Mərkəzi Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kəngərli tibb məntəqəsi, Saraçlı həkim məntəqəsi və Ağdam Modul Tipli Xəstəxanasının fəaliyyəti ilə tanışlıq olub. Baxış zamanı tibb müəssisələrinin fəaliyyəti, infrastruktur imkanları, maddi-texniki bazası, tibbi avadanlıqlarla təminatı, kadr potensialı, vətəndaşlara göstərilən tibbi xidmətlərin təşkili və iş prosesinin daha da təkmilləşdirilməsi istiqamətində aidiyyəti şəxslərlə müzakirələr aparılıb.

Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin daha da inkişaf etdirilməsi, müasir tibbi xidmətlərin əlçatanlığının artırılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması ilə bağlı görüləcək işlər də nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İyulda temperatur 40 dərəcəyə çatacaq

Next Article

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1068 baxış Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 […]

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 06 İyul 2026 · 18:41 1058 baxış Masallı rayonunda keçirilən yoxlama zamanı 3 tondan artıq insan istehlakı üçün yararsız ət aşkarlanıb. Elpress.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları rayonun Kürdəbaz […]

İlham Əliyev Naxçıvanda DOST Mərkəzinin açılışında iştirak edib

Aysel Əlibəyli 11 Avqust 2026 · 21:16 1012 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvan şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılış mərasimində […]