--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda metro və avtobuslarla bağlı mühüm dəyişiklik

Aysel Əlibəyli 13 Avqust 2026 · 16:41 1052 baxış

Bakıda nəqliyyatın təşkili ilə bağlı yeni dəyişikliklər ediləcək. “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti dayandırılacaq.

Elpress.az xəbər verir ki, bu müddətdə sərnişinlərin daşınmasının təmin edilməsi məqsədilə yeni ekspres avtobus marşrutlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Belə ki, avqustun 14-dən etibarən 6 yeni ekspres marşrut sərnişinlərin istifadəsinə veriləcək.Yeni ekspres marşrutlar aşağıdakılardır:

🔹 M1 – “Elmlər Akademiyası” və “28 May” metro stansiyaları arasında;

🔹 M2 – “İnşaatçılar”, “Nizami” və “28 May” metro stansiyaları arasında;

🔹 M3 – “20 Yanvar”, “Nizami” və “28 May” metro stansiyaları arasında;

🔹 M4 – “20 Yanvar” və “Koroğlu” metro stansiyaları arasında;

🔹 M5 – “20 Yanvar” və “Gənclik” metro stansiyaları arasında;

🔹 M6 – “Elmlər Akademiyası” və “Gənclik” metro stansiyaları arasında fəaliyyət göstərəcək.

Bununla yanaşı, sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılacaq.

Sayı artırılacaq avtobus marşrutları:2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202. Həmçinin “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan bəzi marşrutların son dayanacaq məntəqələrində də dəyişiklik edilib.

Belə ki, 32 və 49 nömrəli avtobus marşrutlarının son dayanacağı Dilara Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyənləşdirilib. Həmin dayanacaqlar Səməd Vurğun bağının ətrafında təşkil olunub.

Yeni dəyişikliklərin əsas məqsədi metroda aparılacaq işlər müddətində sərnişinlərin alternativ nəqliyyat vasitələri ilə rahat və fasiləsiz daşınmasını təmin etməkdir.

Sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaları və yeni ekspres marşrutlardan, eləcə də gücləndiriləcək müntəzəm avtobus xətlərindən istifadə etmələri tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Next Article

Lənkəranda bir neçə ərazidə yanğın baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdə Qurban bayramı sədaları

Aysel Əlibəyli 27 May 2026 · 13:22 1142 baxış Qurban bayramı münasibətilə işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi üçün xüsusi xidmət məntəqələri təşkil edilib. Elpress.az-ın Azərbaycan Qida […]

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1227 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

Hörmüz boğazı qlobal narahatlıq yaratdı

Aysel Əlibəyli 30 May 2026 · 00:28 1186 baxış Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının (WTO) rəhbərləri Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə xəbərdarlıq yayıblar. Elpress.az Azərtac-a […]

Sabah termometrlər 32 dərəcəni göstərəcək. 🌡️☀️

Aysel Əlibəyli 04 İyun 2026 · 14:04 1180 baxış Sinoptiklər iyunun 5-də ölkə ərazisində hökm sürəcək hava şəraiti ilə bağlı növbəti proqnozu açıqlayıblar, gözlənilən meteoroloji dəyişikliklər barədə məlumat təqdim olunub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata […]