--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

151 illik yol: Azərbaycan mətbuatı milli sözün və həqiqətin keşiyində

Aysel Əlibəyli 22 İyul 2026 · 01:14 1126 baxış

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd olunur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsrlər ərzində ölkənin ictimai-siyasi, mədəni və mənəvi həyatında mühüm rol oynayıb.

Elpress.az xəbər verir ki, müstəqillik illərində Azərbaycan mediasının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Söz və mətbuat azadlığının təmin olunması, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi, media mühitinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl addımlar atılıb.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə media sahəsində islahatların yeni mərhələsinə start verilib. Həmin sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Bu gün Azərbaycan mediası rəqəmsal transformasiya dövrünə uyğun inkişaf edərək cəmiyyətin operativ və obyektiv məlumatlandırılması, milli maraqların qorunması və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

151 illik şərəfli yol keçən Azərbaycan mətbuatı bundan sonra da peşəkarlıq, məsuliyyət və milli dəyərlərə sadiqlik prinsiplərinə əsaslanaraq ölkənin inkişafına töhfə verməyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naftalanda şəhid ailələri və qazilər üçün reabilitasiya proqramı davam edir

Next Article

“Limon turşusu” ləqəbli tiktoker həbs edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda 11 marşrut bu dayanacaqlarda saxlamayacaq

Aysel Əlibəyli 10 Avqust 2026 · 06:26 1070 baxış Bakının mərkəzi küçələrindən birində aparılan təmir işləri ilə əlaqədar 11 marşrut avtobusunun hərəkətində müvəqqəti dəyişiklik ediləcək. Elpress.az xəbər verir ki, avqustun 10-da paytaxtın Puşkin küçəsinin Xaqani […]

Sabahın hava proqnozu açıklandı

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:49 1072 baxış Avqustun 7-nə olan hava proqnozu: Bakıda və rayonlarda hava əsasən yağmursuz keçəcək Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 7-də Bakıda və Abşeron […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1188 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]