--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Himayədar ailə olmaq prosesi sadələşdirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:36 1064 baxış

Himayədar valideyn olmaq istəyənlər üçün təlim və uşağın seçilməsi mərhələləri qısaldılıb

Elpress.az xəbər verir ki, Himayədar ailə modelinin tətbiqi və valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiyası ilə bağlı prosedurlar sadələşdirilib.Yeni dəyişikliklər himayədar ailə olmaq istəyən vətəndaşların müraciət prosesinin daha əlçatan və çevik təşkilinə, eləcə də onların daha qısa müddətdə himayədar valideyn kimi fəaliyyətə başlamasına imkan verir.Hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində müsahibəyə cəlb olunur və onların maddi-məişət şəraitinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla keçən namizədlər minimum üç gün davam edən təlimlərə cəlb edilirlər.Yeni qaydalara əsasən, himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda keçirilməsi də mümkün olacaq.Təlimin sonunda keçirilən qiymətləndirmədə müsbət nəticə göstərən namizədlərin istəkləri nəzərə alınmaqla onlara uyğun uşağın seçilməsi müddəti də azaldılıb. Əvvəllər 7 iş günü olan bu müddət 5 iş gününə endirilib.Bundan başqa, himayədar ailə prosesinin ayrı-ayrı mərhələləri üzrə qərarların qəbul edilməsi müddəti konkretləşdirilərək 3 iş günü müəyyən olunub. Bu mərhələlərə müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması daxildir.Dəyişikliklər nəticəsində uşağın himayədar ailəyə keçidi üçün tələb olunan minimal müddətin 2 həftəyədək azaldılması mümkün olub.Himayədar ailə institutu valideyn himayəsindən müxtəlif səbəblərdən məhrum olan uşaqların ailə əsaslı qayğı ilə təmin edilməsində və onların müəssisələrdən ailə mühitinə reinteqrasiyasında mühüm rol oynayır.Qeyd edilib ki, indiyədək 87 uşaq himayədar ailələrə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lavrov: Ermənistanın Aİ-yə üzvlük istəyi tezliklə yox olacaq

Next Article

Elçin Əmirbəyov: Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda daha bir yolda təmir işləri başlayır

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:53 1058 baxış Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində hərəkət məhdudlaşdırıla bilər Elpress.az xəbər verir ki, Bakının bir sıra ərazilərində yol təmiri işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları […]

Azərbaycan həyat keyfiyyəti reytinqində 81-ci pillədə qərarlaşıb

Aysel Əlibəyli 23 İyul 2026 · 23:31 1072 baxış Beynəlxalq hesabatda dünyanın həyat keyfiyyəti üzrə ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. Elpress.az xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb.Hesabata əsasən, ölkəmiz həyat keyfiyyəti göstəricisinə görə […]