--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Elçin Əmirbəyov: Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr başlayıb

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:40 1070 baxış

Prezidentin nümayəndəsi: Kommunikasiya layihələrinin inkişafı və dialoqun davam etdirilməsi sülh prosesinə töhfə verir

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycan və Ermənistan arasında münasibətlərdə hərbi eskalasiyanın olmadığını və tərəflərin faktiki sülh şəraitində yaşadığını bildirib.Əmirbəyov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı qeyd edib ki, Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş verməyib.Onun sözlərinə görə, hökumətlər və cəmiyyətlər arasında dialoq davam edir, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrə başlanılıb. Eyni zamanda, bağlantı və kommunikasiya layihələrinin inkişaf etdirilməsi istiqamətində işlər görülür.Əmirbəyov bildirib ki, mövcud vəziyyət Azərbaycan və Ermənistan cəmiyyətləri üçün gələcəyə fərqli yanaşma formalaşdırmaq baxımından tarixi fürsət yaradır.Prezidentin nümayəndəsi vurğulayıb ki, davamlı sülh yalnız siyasi razılaşmaların əldə olunması ilə məhdudlaşmır. Onun sözlərinə görə, sülh insanların gündəlik həyatında özünü göstərməli və cəmiyyətlər tərəfindən hiss olunmalıdır.Əmirbəyov Azərbaycanın qarşısında duran əsas maneələrdən birinin hələ də yerin altında qalan mina təhlükəsi olduğunu diqqətə çatdırıb.O bildirib ki, 2020-ci ilin sonundan etibarən Azərbaycanda 437 nəfər mina partlayışlarının qurbanı olub. Onlardan bəziləri həyatını itirib, digərləri isə müxtəlif xəsarətlər alıb.Əmirbəybovun sözlərinə görə, hər yeni mina qurbanı yalnız humanitar faciə yaratmır, eyni zamanda ailələr üçün ciddi psixoloji zərbə olur. Mina təhlükəsinin davam etməsi cəmiyyətə müharibənin nəticələrinin tam aradan qalxmadığını xatırladır və bu vəziyyət normallaşma prosesinə ictimai inama mənfi təsir göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Himayədar ailə olmaq prosesi sadələşdirilib

Next Article

Putin: Doğum səviyyəsi Rusiyanın əsas problemlərindən biridir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Moskva-İrəvan qaz münasibətlərində böhran siqnalı

Aysel Əlibəyli 27 May 2026 · 21:44 1140 baxış Ermənistan Rusiyadan təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair sazişin birtərəfli qaydada ləğv oluna biləcəyini bildirən məktub aldığını rəsmi olaraq təsdiqləyib. Ermənistan Xarici İşlər […]

20 Sentyabr – Dövlət Suverenliyi Günü: Prezidentdən paylaşım

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 21:53 1112 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib. Paylaşımda Azərbaycanın dövlət suverenliyinin simvolizə olunduğu […]