--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan həyat keyfiyyəti reytinqində 81-ci pillədə qərarlaşıb

Aysel Əlibəyli 23 İyul 2026 · 23:31 1078 baxış

Beynəlxalq hesabatda dünyanın həyat keyfiyyəti üzrə ən əlverişli ölkələrinin reytinqi açıqlanıb.

Elpress.az xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb.Hesabata əsasən, ölkəmiz həyat keyfiyyəti göstəricisinə görə 167 ölkə arasında 81-ci sırada qərarlaşıb. Eyni zamanda Azərbaycan təhlükəsizlik reytinqində 93-cü, investisiya mühitinə görə 54-cü, biznes mühitinə görə 47-ci, təhsil sistemi üzrə isə 79-cu pillədə göstərilib.

Sənəddə Azərbaycanın əhalisinin savadlılıq səviyyəsinin maksimum – 100 bal olduğu qeyd edilir. Bildirilir ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar və icbari tibbi sığorta sistemi tibbi xidmətlərə çıxışı genişləndirib.

Hesabat müəllifləri Cənubi Qafqaz regionunu dünyanın daha təhlükəsiz bölgələrindən biri kimi qiymətləndiriblər. Azərbaycanın cinayətkarlıq səviyyəsinin aşağı olması da ölkənin mövqeyinə müsbət təsir göstərən əsas amillərdən biri kimi göstərilib.

Reytinqdə ilk sıralarda əsasən Şimali Avropa ölkələri qərarlaşıb, son pillələrdə isə uzunmüddətli münaqişələr və qeyri-sabitlik yaşayan dövlətlər yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdamda yanğın dörd kəndin ərazisinə yayıldı

Next Article

Gürcüstanın bir çox bölgəsində elektrik enerjisi kəsildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 14:49 1078 baxış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayımlayıb. Elpress.az xəbər verir ki, paylaşımda Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunması, […]

Bahar Muradova dövlət qurumlarına çağırış edib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:28 1068 baxış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tələbə qızların peşəkar inkişafına dəstək verilməsi üçün dövlət qurumlarını və özəl sektoru əməkdaşlığı genişləndirməyə çağırıb. […]