--:--:-- | 14 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Avqustun hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:52 1054 baxış

Avqustda Azərbaycanda isti hava üstünlük təşkil edəcək — temperatur 41°C-yə çatacaq

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqust ayı üçün ölkə üzrə gözlənilən hava şəraitinə dair proqnozunu açıqlayıb.Proqnoza əsasən, ay ərzində orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların miqdarının isə ümumilikdə iqlim göstəricilərinə uyğun olacağı bildirilir.Avqustun ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Bununla yanaşı, dağlıq və dağətəyi ərazilərin bəzi hissələrində qısamüddətli yağış və şimşək ehtimalı var.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28°C olacağı, gecələr 22-27°C, gündüzlər isə 30-35°C arasında dəyişəcəyi proqnozlaşdırılır. Ayın bəzi günlərində paytaxtda temperaturun 40°C-yə yaxınlaşacağı gözlənilir.Naxçıvan, Gəncə-Qazax, Aran və Mərkəzi Aran bölgələrində də isti hava şəraiti müşahidə ediləcək. Ayrı-ayrı günlərdə temperaturun 41°C-yə yaxınlaşacağı bildirilir.Qarabağ və Şərqi Zəngəzurda orta aylıq temperaturun 22-25°C, dağətəyi ərazilərdə isə 23-25°C olacağı gözlənilir. Bu ərazilərdə bəzi günlərdə temperatur 35-38°C-yə yüksələ bilər.Şimal və şimal-qərb rayonlarında havanın əsasən isti keçəcəyi, bəzi ərazilərdə isə yağıntının normadan bir qədər çox olacağı ehtimal edilir. Cənub bölgəsində isə temperaturun normaya yaxın və bir qədər yüksək olacağı, bəzi günlərdə 38°C-yə çatacağı proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Next Article

Aqil Məlikovun səhhəti ağırlaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Baş prokuror vətəndaşlarla görüşəcək

Aysel Əlibəyli 08 İyun 2026 · 11:17 1104 baxış Baş prokuror Kamran Əliyev iyunun 12-də paytaxtın Nərimanov rayonunda vətəndaş qəbulu keçirəcək. Elpress.az “Report”a istinadən xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, qəbul saat 10:00-da […]

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:31 1092 baxış Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkənin bir sıra bölgələrində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidməti iyulun 4-dən etibarən ölkə ərazisində […]

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetlərini yekunlaşdırıb

Aysel Əlibəyli 03 İyun 2026 · 17:50 1204 baxış Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqlar yenidən başlayıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” sosial şəbəkə […]