--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Naxçıvanda bəzi ərazilərdə elektrik kəsiləcək

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:30 1062 baxış

Şəhərin bir sıra küçə və yaşayış məntəqələrində elektrik enerjisi bir saatlıq dayandırılacaq

Elpress.az xəbər verir ki, Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən verilən məlumata görə, fasilə avqustun 20-də 110/35/10 kV-luq “Xalçaçılıq” yarımstansiyasında aparılacaq yenidənqurma işləri ilə əlaqədar baş verəcək.Yenidənqurma işləri “AzərEnerji” ASC-nin “Naxçıvan Enerji” MMC-si tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində enerji təchizatı müvəqqəti dayandırılacaq.Elektrik enerjisinin verilişi avqustun 20-də saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, İstiqlal küçəsində yerləşən 103, 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, eləcə də Abbasqulubəy Şadlinski, Nizami Gəncəvi, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində dayandırılacaq.Həmçinin 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində və Əliabad qəsəbəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Next Article

Naxçıvanda şəhid ailələri və qazilərə yeni mənzillər verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qarpızla pendiri birlikdə yemək zərərlidirmi?

Aysel Əlibəyli 17 İyul 2026 · 19:55 1084 baxış Yay aylarında süfrələrin vazkeçilməz ikilisi olan qarpız və pendirin birlikdə istehlakının zərərli olub-olmaması ilə bağlı yayılan fikirlərə həkimlər aydınlıq gətiriblər. Elpress.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə […]

Qardaşından “102”yə şikayət edən şəxs həbs olundu

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:01 1070 baxış Qardaşı onu işə aparmadığı üçün polislə zəng edən Sabirabad sakini 8 günlük həbs edildi Elpress.az xəbər verir ki, Sabirabad rayonunun Şıxlar kəndində qeyri-adi hadisə baş verib. […]

Tovuzun Cəlilli kəndinə içməli su sevincı

Aysel Əlibəyli 09 İyun 2026 · 11:56 1182 baxış Tovuz rayonunun Cəlilli kəndində içməli su təchizatı layihəsinin açılışı həyata keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar […]