--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Xırdalanda yararsız yol sərnişinlərə çətin anlar yaşadır

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:56 1056 baxış

Xırdalan şəhərinin Ceyranbatan su anbarı istiqamətində yerləşən ərazidə kanalizasiya sularının səviyyəsinin yenidən yüksəlməsi yol hərəkətində ciddi problemlər yaradıb.

Elpress.az xəbər verir ki, ərazidə tullantı sularının toplandığı hissədə aparılan yol-təmir işləri yarımçıq qalıb və yolun vəziyyəti daha da pisləşib.

Məlumata görə, yolun yararsız vəziyyətə düşməsi səbəbindən 135 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti də çətinləşib. Xırdalan şəhərinin Həsən Əliyev küçəsində yerləşən, sakinlər arasında “120 yolu” kimi tanınan ərazidə yaranan dərin çalalar və keçilməz vəziyyət müasir tipli alçaqdaban avtobusların hərəkətinə mane olur.

Mövcud vəziyyət xüsusilə Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edən sərnişinlər üçün ciddi çətinlik yaradır. Yeni tədris ilinin başlanması ilə bu problemin daha da kəskinləşəcəyi bildirilir.Sərnişindaşıma şirkətinin nümayəndələri qeyd edirlər ki, yolun bərpası ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, problem hələ də öz həllini tapmayıb.

Sakinlər isə ərazidə yolun təcili təmir olunmasını və kanalizasiya probleminin aradan qaldırılmasını istəyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Next Article

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu il 900-dən çox uşağa ananın soyadı verilib

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:48 1044 baxış Azərbaycanda bu il 924 uşağa ananın soyadının verilməsi rəsmiləşdirilib Elpress.az xəbər verir ki, Azərbaycanda 2026-cı ilin əvvəlindən etibarən 38 514 uşağa atasının, 924 uşağa isə anasının […]

Anar Bayramovdan yeni kadr qərarı

Aysel Əlibəyli 03 İyun 2026 · 11:51 1279 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr islahatları davam edir. Elpress.az FED.az-a istinadən xəbər verir ki, qurumun yeni rəhbərliyi mərkəzi aparatın daha 11 əməkdaşı ilə əmək […]

FHN-dən həftəsonu çimərliyə gedənlərə vacib xəbərdarlıq

Aysel Əlibəyli 11 İyul 2026 · 10:56 1072 baxış Həftəsonu çimərliklərdə istirahət etməyi planlaşdıran vətəndaşlara Fövqəladə Hallar Nazirliyi mühüm təhlükəsizlik çağırışı edib. Elpress.az xəbər verir ki, Yay mövsümünün ən isti günlərində, xüsusilə həftəsonları minlərlə insan […]