--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda üç metro stansiyası ətrafındakı sıxlığı azaltmalı olan yolun 62,8 faizi tamamlanıb

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 15:33 1018 baxış

Bakıda “Gənclik”, “Nərimanov” və “Koroğlu” metro stansiyaları istiqamətində nəqliyyat yükünün azaldılması üçün inşa edilən yeni avtomobil yolunda tikinti işləri davam edir. Layihənin ümumi icra səviyyəsi 62,8 faizə çatıb.

Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, 3,9 kilometr uzunluğunda nəzərdə tutulan yol Həsən Əliyev küçəsindən başlayaraq Ziya Bünyadov prospektinə paralel şəkildə “Koroğlu” metro stansiyasına qədər uzanacaq.

Yeni yolun əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobillərin hərəkətini daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.

Layihə çərçivəsində beş yol qovşağının, dörd tunelin və üç yeraltı piyada keçidinin inşası nəzərdə tutulub. Hazırda tunellər üzrə işlərin 66,46 faizi, yeraltı piyada keçidləri üzrə isə 82 faizi başa çatdırılıb.
Bununla yanaşı, kommunikasiya xətlərinin köçürülməsi və yolun tikintisi ilə bağlı digər işlər də davam etdirilir.
Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində hərəkətin yaxşılaşdırılması, eləcə də adıçəkilən metro stansiyalarının ətrafında nəqliyyat sıxlığının azaldılması gözlənilir.
Layihə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Yolun istifadəyə veriləcəyi tarix barədə təqdim olunan məlumatda konkret vaxt göstərilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə enerji əməkdaşlığını müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hövzanda su kəsiləcək

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:18 1068 baxış Təmir-bərpa işləri ilə əlaqədar Hövsan qəsəbəsinin bir hissəsində içməli suyun verilişi müvəqqəti dayandırılır Elpress.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin verdiyi rəsmi məlumata […]

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Aysel Əlibəyli 30 İyul 2026 · 16:49 1082 baxış Sabah çimərliklərdə külək güclənəcək, dəniz suyu 27 dərəcəyədək isinəcək Elpress.az xəbər verir ki, Sabah Abşeron yarımadasının çimərliklərində hava şəraitinin əsasən küləkli keçəcəyi gözlənilir.Gün ərzində şimal-qərb küləyinin […]

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 20:14 1128 baxış Bakının Səbail və Nəsimi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Elpress.az xəbər verir ki , Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq və […]

Müəllimlər üçün dress-kod qaydaları müəyyənləşdirildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:09 1082 baxış Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllim və digər təhsilverənlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Elpress.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar məktəblərdə işgüzar geyim […]