Gədəbəy Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. İcra başçısının birinci müavini Natiq Nağıyev vəzifəsini itirib.
Elpress.az xəbər verir ki, o, yeni icra başçısı Hacıbaba Babayevin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Natiq Nağıyev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunmuşdu.


