Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovaya Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Elpress.az xəbər verir ki, məktub noyabrın 3-də göndərilib.
Dövlət başçısı təbrikində Azərbaycan-Bolqarıstan münasibətlərinin qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdiyini vurğulayıb.
İlham Əliyev iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın davam etdirilməsi istiqamətində birgə səylərin göstəriləcəyinə əminliyini ifadə edib.
Prezident İliyana Yotovaya möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar arzulayıb.


