--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:23 1090 baxış

Daxili işlər naziri Sumqayıtda 585 vətəndaşın müraciətini dinləyib

Elpress.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhərində vətəndaşlarla görüş keçirib, həmçinin polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışında iştirak edib. Görüş Prezident İlham Əliyevin tapşırığı və bölgələr üzrə vətəndaş qəbulu qrafikinə uyğun olaraq avqustun 31-i və sentyabrın 1-də təşkil olunub.Səfər zamanı nazir əvvəlcə Sumqayıtda Heydər Əliyevin abidəsini ziyarət edib və Ulu Öndərin xatirəsini ehtiramla yad edib.Daha sonra Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşların qəbulu keçirilib. Görüş zamanı 585 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların problemlərinin qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə həlli üçün aidiyyəti struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılması tələb olunan məsələlər isə nəzarətə götürülüb.Vilayət Eyvazovun Sumqayıta səfəri çərçivəsində polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclər üçün sıra baxışı da keçirilib. Xidmətə qəbul tələblərinə cavab verən 458 namizəd seçim prosesinin növbəti mərhələsinə keçib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskvada kilsə qarşısında hücum: bir nəfər öldürülüb

Next Article

34 il əvvəl atasını öldürən şəxs saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Oktyabrın 1-i üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:30 1068 baxış Bakıda yağış əsasən gözlənilmir, bölgələrdə leysan və dolu ehtimalı var Elpress.az xəbər verir ki, Oktyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən […]

Çimərliyə yollananlar üçün hava proqnozu

Aysel Əlibəyli 25 İyul 2026 · 09:36 1080 baxış Abşeron yarımadasında istirahət etməyi planlaşdıranlar üçün çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində çimərliklərdə şimal-şərq küləyi əsəcək, […]

Sabah bu ərazidə qaz kəsiləcək

Aysel Əlibəyli 06 İyul 2026 · 19:11 1110 baxış “Azəriqaz”dan xəbərdarlıq: Sabah Balaxanıda qaz təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun bir hissəsində abonentlər qazsız qalacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi əhaliyə […]