--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Müşfiqabad hövzəsində yeni kanalizasiya sistemi qurulur

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:30 1054 baxış

Xırdalan və ətraf qəsəbələrdə tullantı sularının idarə olunması üçün yeni kollektor və təmizləyici qurğu tikilir

Elpress.az xəbər verir ki, Müşfiqabad hövzəsində kanalizasiya infrastrukturunun yenilənməsi istiqamətində layihənin icrası davam etdirilir.Layihə çərçivəsində gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun inşası həyata keçirilir. Yeni sistem Xırdalan şəhəri ilə yanaşı, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində yaranan tullantı sularının vahid şəbəkə vasitəsilə toplanaraq daşınmasına və müasir texnologiyalarla təmizlənməsinə imkan verəcək.İnfrastrukturun istifadəyə verilməsi Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma ehtimalının azaldılmasına və ərazidə sanitar şəraitin yaxşılaşdırılmasına şərait yaradacaq. Layihənin ekoloji təhlükəsizliyin gücləndirilməsinə də töhfə verməsi gözlənilir.Tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Layihə tamamlandıqdan sonra kanalizasiya kollektoru, sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və digər yardımçı obyektlər vahid infrastruktur kompleksi kimi fəaliyyət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xark adasında tankerə raket zərbəsi endirilib

Next Article

İstanbulda hoteldə yanğın: 12 nəfər xəsarət alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ramiz Mehdiyevin məhkəməsində hazırlıq iclası bu gün baş tutacaq

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 10:04 1094 baxış Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi gözlənilir. Elpress.az xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. […]

Gəncədə iri ticarət mərkəzi hərraca çıxarıldı

Aysel Əlibəyli 23 İyul 2026 · 12:51 1072 baxış Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” satış məqsədilə hərraca çıxarılıb. Elpress.az xəbər verir ki, hərrac avqustun 11-də keçiriləcək. Obyektin ilkin qiyməti 18 milyon 400 […]

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1096 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim edildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 16:08 1044 baxış Anar Bayramov Səhiyyə Nazirliyinin yeni rəhbəri kimi kollektivə təqdim olunub. Elpress.az xəbər verir ki, təqdimat mərasimində Baş nazirin müavini Teymur Musayev iştirak edib və yeni naziri […]