--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:33 1072 baxış

Hərbi xidmətdən yayınma və dələduzluqda şübhəli bilinən şəxslər Azərbaycana gətirilib

Elpress.az xəbər verir ki, Rusiya ərazisində saxlanılan iki Azərbaycan vətəndaşı istintaq tədbirlərinin davam etdirilməsi üçün ölkəyə təhvil verilib.Məlumata əsasən, şəxslərin Azərbaycana ekstradisiyası ilə bağlı Baş Prokurorluğun müraciətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Ekstradisiya iki ölkə arasında hüquqi yardım və hüquqi münasibətlərə dair konvensiyanın tələblərinə uyğun həyata keçirilib.Araşdırmalara görə, şəxslərdən biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu müddətdə xidmətdən yayınmaqda, digəri isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə əsaslı şübhələrə görə təqsirləndirilən şəxs qismində cəlb olunub.İstintaqdan yayınaraq gizləndikləri üçün hər iki şəxs barəsində dövlətlərarası axtarış elan edilib. Onlar Rusiya ərazisində müəyyən edilərək saxlanılıb və aidiyyəti qurumların əməkdaşları tərəfindən Azərbaycana gətiriliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 12 oldu

Next Article

Binəqədi şosesində yol hərəkəti dəyişdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yevlaxda yanğın faciəsi: bir qadın həlak oldu

Aysel Əlibəyli 09 İyun 2026 · 09:35 1174 baxış Yevlaxda yaşlı qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Elpress.az xəbər verir ki, hadisə rayonun Xaldan kəndi ərazisində qeydə alınıb.Məlumata görə, 91 yaşlı Zümrüd Əhmədova […]

Badamdarda partlayışda xəsarət alan gəncin vəziyyəti ağırdır

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 18:28 1094 baxış Elpress.az xəbər verir ki, Bakının Səbail rayonunun Badamdar qəsəbəsində baş verən partlayış nəticəsində xəsarət alan 20 yaşlı şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir. TƏBİB-dən verilən məlumata görə, […]

Sənan Əsədzadə ilə bağlı saxlanılma qərarı icra olunub.

Aysel Əlibəyli 22 May 2026 · 21:34 1184 baxış Daha əvvəl barəsində çoxsaylı şikayətlər yayılan Sənan Əsədzadə Misirin paytaxtı Cairo şəhərində saxlanılıb. Elpress.az -ın Milli.az – a istinadən verdiyi məlumata görə, o, xaricdən avtomobil gətirmək […]

Lənkəranda bir neçə ərazidə yanğın baş verib

Aysel Əlibəyli 13 Avqust 2026 · 20:56 1064 baxış Rayonun kənd və qəsəbələrində qeydə alınan yanğınların bir qismi söndürülüb Elpress.az xəbər verir ki, Lənkəran rayonunda gün ərzində bir neçə kənd və yaşayış məntəqəsində yanğın hadisəsi […]