--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanda hava kəskin dəyişəcək

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:09 1062 baxış

Bakıda üç gün ərzində yağış və leysan, bölgələrdə isə dolu ehtimalı var

Elpress.az xəbər verir ki, Azərbaycanda avqustun 30-u axşamdan etibarən hava şəraitinin qeyri-sabitləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntılı hava sentyabrın 1-i səhərədək davam edəcək.

Bakıda və Abşeron yarımadasında həmin müddətdə yağış yağacağı, bəzi vaxtlarda yağıntının leysan xarakteri daşıyacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı, avqustun 31-i axşam isə intensiv və qısamüddətli güclü yağış yağacağı ehtimal edilir.Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi bildirilir. Bəzi ərazilərdə fasilələrlə yağış, ayrı-ayrı yerlərdə isə intensiv leysan, şimşək və dolu gözlənilir.Yağıntıların təsiri ilə çaylarda suyun səviyyəsinin yüksələcəyi, bəzi dağ çaylarında isə qısamüddətli sel hadisələrinin baş verə biləcəyi istisna edilmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah”ın Çempionlar Liqasındakı oyun tarixləri bəlli olub

Next Article

İldırım səbəbindən Bakı-Naxçıvan reysləri təxirə salınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1151 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]

FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 11:53 1054 baxış Güclü yağış, külək və ildırım gözlənilir: FHN təhlükəsizlik qaydalarını açıqladı Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə […]

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Aysel Əlibəyli 08 İyun 2026 · 15:03 1138 baxış Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin olunub. Elpress.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, […]