--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Sabah”ın Çempionlar Liqasındakı oyun tarixləri bəlli olub

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:06 1066 baxış

Azərbaycan çempionu liqa mərhələsində “Mançester Yunayted”, “Barselona”, “Arsenal” və digər klublarla qarşılaşacaq

Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə liqa mərhələsinin təqvimi müəyyənləşib. Azərbaycan çempionu “Sabah”ın turnirdə keçirəcəyi səkkiz qarşılaşmanın tarixləri də açıqlanıb. UEFA-nın məlumatına görə, “Sabah” liqa mərhələsində səkkiz fərqli rəqiblə üz-üzə gələcək.Masazır təmsilçisi turnirdə ilk oyununu sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək. Daha sonra Azərbaycan klubu “Slaviya”, Dortmund “Borussiya”sı, “Vikinq”, “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal”la qarşılaşacaq.“Sabah”ın oyunlarının təqvimi belədir:

10 sentyabr: “Mançester Yunayted” – “Sabah”

13 oktyabr: “Sabah” – “Slaviya”

20 oktyabr: “Sabah” – “Borussiya” (Dortmund)

4 noyabr: “Vikinq” – “Sabah”

25 noyabr: “Sabah” – “Barselona”

8 dekabr: “Vilyarreal” – “Sabah”

20 yanvar: “Sabah” – “Napoli”

27 yanvar: “Arsenal” – “Sabah”

Beləliklə, Azərbaycan təmsilçisini Avropanın nəhəng klublarına qarşı olduqca maraqlı oyunlar gözləyir. “Sabah”ın liqa mərhələsindəki rəqibləri arasında “Barselona”, “Arsenal”, “Mançester Yunayted” və Dortmund “Borussiya”sının olması diqqət çəkir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL-ın Bakı-Naxçıvan reysləri təxirə salınıb

Next Article

Azərbaycanda hava kəskin dəyişəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rodri “Real Madrid”ə yaxınlaşdı

Aysel Əlibəyli 22 İyul 2026 · 12:36 1084 baxış Rodri şəxsi şərtlərdə “Real Madrid”lə razılığa gəlib Elpress.az xəbər verir ki, İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri Ernandesin “Real Madrid”ə transferi gündəmdədir. Məlumata […]

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Aysel Əlibəyli 28 May 2026 · 11:55 1192 baxış Azərbaycanın minifutbol milli komandası bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununu oynayacaq. ELPRESS.az Qafqazinfo- a istinadən verdiyi xəbərə görə, yığmamız F qrupunda Avstriya […]

Messi göz yaşlarının səbəbini açıqlayıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:09 1070 baxış Lionel Messi matçdan sonra niyə ağladığını açıqlayaraq buraxdığı penaltiyə görə özünü günahkar hiss etdiyini bildirib. Elpress.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi matçdan sonra […]