--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Aysel Əlibəyli 08 İyun 2026 · 15:03 1158 baxış

Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin olunub.

Elpress.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, uşaqlar ilkin olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi müayinədən keçirilib. Müayinələrin nəticələrinə uyğun olaraq hər bir uşaq üçün ayrıca reabilitasiya planı hazırlanıb.Proqram çərçivəsində onların psixoloji vəziyyətinin yaxşılaşdırılması və sosial adaptasiyasına dəstək məqsədilə fərdi görüşlər, qrup terapiyaları, yoqa və rəqs məşğələləri təşkil olunur. Bununla yanaşı, müalicəvi masaj, hovuz prosedurları, vannalar və art-terapiya xidmətləri də göstərilir.Nazirlikdən bildirilib ki, 10 günlük sosial reabilitasiya proqramına uşaqların asudə vaxtının səmərəli təşkili də daxildir. Bu məqsədlə onlar üçün tarixi məkanlara və muzeylərə ekskursiyalar, müxtəlif intellektual oyunlar, əyləncəli yarışlar və digər tədbirlər keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Next Article

Kanoeçimiz Avropa çempionatına yollanır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Alyona Əliyeva beynəlxalq konfransda iştirak edib – FOTOLAR

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 21:04 1074 baxış Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakıda keçirilən inklüziv məşğulluq mövzusunda beynəlxalq tədbirdə iştirak edib. Elpress.az xəbər verir ki, Alyona Əliyeva tədbirlə bağlı görüntüləri şəxsi “Instagram” […]

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:03 1084 baxış Sənaye müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran […]