--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:43 1096 baxış

Bu gün – 5 avqust Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü qeyd olunur. Bu əlamətdar tarix münasibətilə ölkənin dəniz sərhədlərinin keşiyində dayanan hərbi dənizçilərin xidmətləri bir daha ehtiramla yad edilir.

Elpress.az xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin əsası 1919-cu il avqustun 5-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub.Ötən 107 il ərzində Hərbi Dəniz Qüvvələri ölkənin dəniz sərhədlərinin etibarlı mühafizəsində, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsində və milli müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayıb.

Müasir dövrdə Hərbi Dəniz Qüvvələri maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və döyüş hazırlığının təkmilləşdirilməsi istiqamətində inkişafını davam etdirir.

5 Avqust – Azərbaycan Hərbi Dəniz Qüvvələri Günü münasibətilə bütün hərbi dənizçiləri və bu sahədə xidmət göstərən şəxsləri təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Next Article

Xırdalanda yararsız yol sərnişinlərə çətin anlar yaşadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan həyat keyfiyyəti reytinqində 81-ci pillədə qərarlaşıb

Aysel Əlibəyli 23 İyul 2026 · 23:31 1096 baxış Beynəlxalq hesabatda dünyanın həyat keyfiyyəti üzrə ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. Elpress.az xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb.Hesabata əsasən, ölkəmiz həyat keyfiyyəti göstəricisinə görə […]

Bu gün Azərbaycanda Neftçilər Günüdür

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:04 1160 baxış Elpress.az xəbər verir ki, hər il sentyabrın 20-si Azərbaycanda neft-qaz sənayesində çalışanların peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur. Bu tarixin neftçilərin peşə bayramı kimi […]