Müğənni Şöhrət Məmmədovun Azərbaycandan köçməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İfaçı yayılan söz-söhbətlərə münasibət bildirərək qərarının şəxsi və ailə həyatı ilə bağlı olduğunu açıqlayıb.
Elpress.az xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında paylaşım edərək Niderlandda yaşamaq qərarının səbəbini izah edib. Onun sözlərinə görə, həyat yoldaşı niderlandlı olduğu üçün bu ölkədə məskunlaşmağa qərar verib.
Məmmədov Azərbaycandan getməsinin qaçmaq və ya ölkəsinə qarşı incikliklə əlaqələndirilməsini qəbul etməyib. O, həyatında hər şeyin qaydasında olduğunu vurğulayaraq bu qərarın şəxsi seçimi olduğunu bildirib.
Müğənni Azərbaycandan tamamilə uzaqlaşmaq niyyətində olmadığını da qeyd edib. Darıxdığı vaxt doğma kəndinə gələcəyini, böyük ailəsinin yanında olacağını və toy məclislərində iştirak edəcəyini deyib.
Qeyd edək ki, Şöhrət Məmmədov 2024-cü ilin oktyabrında ailə həyatı qurub. O, həmin vaxt televiziya proqramlarından birində həyat yoldaşının Türkiyə vətəndaşı olduğunu açıqlamışdı.


