--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:09 1104 baxış

Zaqatala rayonunda dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun müxtəlif ərazilərində məcratəmizləmə və sahilbərkitmə işləri aparılır.

Məlumata görə, hazırda Talaçayın sağ və sol sahillərində, eləcə də Muxaxçay, Katexçay və Bəkməzçay ərazilərində sel riski yüksək olan zonalarda ağır texnikalar vasitəsilə mühafizə tədbirləri görülür. İşlərin məqsədi yaşayış məntəqələrini, kənd təsərrüfatı sahələrini və mühəndis-kommunikasiya infrastrukturunu sel və daşqınların yaratdığı təhlükələrdən qorumaqdır.

Bununla yanaşı, rayon əhalisinin fasiləsiz içməli su ilə təmin olunması istiqamətində də işlər davam etdirilir. Son günlər yağan intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün qəzalar operativ şəkildə aradan qaldırılır və su mənbələrində bərpa tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iyul ayında şimal-qərb bölgəsində müşahidə olunan güclü leysan yağışları nəticəsində dağ çaylarından sel keçmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ərazilərə ağır texnikalar cəlb edilərək təxirəsalınmaz tədbirlər görülmüşdü. Hazırda rayonun bütün dağ çaylarında vəziyyət nəzarətdə saxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinə yeni şöbə rəisi təyin olunub

Next Article

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 1172 baxış TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır. Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect […]

Azərbaycan və NATO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:12 1088 baxış Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.Müzakirələr ANAMA İdarə […]

Düşmən mövqelərini məhv edən Milli Qəhrəman – Fərhad Hümbətov

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 17:22 1090 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qəhrəmanlıq yolu ehtiramla yad edilir. Vətən uğrunda döyüşlərdə göstərdiyi igidlik və fədakarlıqla yadda qalan Fərhad Hümbətov Azərbaycanın […]